Müəllim işləmək istəyənlər üçün ŞAD XƏBƏR

Want create site? Find Free WordPress Themes and plugins.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlər üçün əlavə yerləşdirmə keçirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunacaq. Bu mərhələyə 7 sentyabrdan start veriləcək.

Müraciət edənlərin seçimləri sentybarın 7-8-də aparılacaq. Sonrakı bir neçə gün ərzində nəticələr elan ediləcək.

Qeyd edək ki, builki müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib. Onların 40 mini müsabiqənin test mərhələsində iştirak edib.

Müsabiqənin müsahibə mərhələsində 400-ə yaxın namizəd uğur qazana bilməyib.

Ümumilikdə bu il 4 minə yaxın şəxs müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
paylaş

Bir cavab yazın